ASETİLEN SIRA DİHİDROPİRANLARIN SİNTEZİ
Göstərilmişdir ki, alliletinildimetilkarbinol və onun törəmləri akrolеin və kroton aldehidi ilə ikiqat rabitə hesabına heterodien kondensasiyasına daxil olaraq müvafiq mono- və bis-adduktlar əmələ gətirir. Sintez olunmuş dihidropiran sıra üçlü asetilen spirtləri qələvi iştirakı ilə Favorski reaksiyasının əksi istiqamətində parçalanaraq terminal asetilen rabitəli heterotsiklik birləşmələr alınır. Müəyyən olunmuşdur ki, dihidropiran sıra qlisid efirlərinin birli diaminlərlə (500C-də) reaksiyasından alınmış aminospirtlərə sidik cövhəri ilə (175–1800C) təsir etdikdə asetilenin imidazolidinon törəmələri alınır
Açar sözlər : dihidropiranlar, asetilen birləşmələri, diaminosрirtlər, efirospirtlər, heterodien kondensasiyası, imidazolidin
Məqaləyə baxın