4,4'-SPİROBİ[HEKSAHİDROPİRİMİDİN]-2,2'-DİONLARININ TÖRƏMƏLƏRİNİN SİNTEZİ
Müxtəlif aromatik aldehidlərin aseton və karbamidlə H2SO4 iştirakında üçkomponentli kondensləşməsi nəticəsində 4,4'-spirobi[heksahidropirimidin]-2,2'-dionların törəmələri sintez edilmiş və müəyyən edilmişdir ki, reagentlərin 2:3:2:1 nisbətində daha yüksək çıxım alınır. Sintez olunan birləşmələrin quruluşu NMR və İQ spektroskopiya, həmçinin RQA metodları ilə təsdiq edilmişdir
Açar sözlər : 4,4'-spirobi[ heksahidropirimidin ]-2,2'-dionlar, aromatik aldehidlər, üçkomponentli kondensləşmə
Məqaləyə baxın