DİETİL-6-HIDROKSI-4-(2-HIDROKSIETILAMINO)-6-METIL-2-FENILTSİKLOHEKS-3-EN-1,3-DIKARBOKSILATIN SINTEZI VƏ MOLEKULYAR KRISTAL QURULUŞU
Dietil-4-hidroksi-4-metil-6-okso-2-feniltsikloheksan-1,3-dikarboksilatların etanolaminlə etanol mühitində qarışlıqlı təsirindən dietil-6-hidroksi-4-(2-hidroksietilamino)-6-metil-2-feniltsikloheks-3-en-1,3-dikarboksilat alınmış və rentgen quruluş analizi ilə molekulyar kristal quruluşu müəyyən olunmuşdur. Bu analizin nəticələrinə görə müəyyən olunmuşdur ki, tsikloheksen halqası təhrif olunmuş yarımkreslo konformasiyasındadır. OH qrupundan başqa digər əvəzedicilərin hamısı psevdoekvatorial vəziyyətdədirlər. Həmçinin, molekuldaxili və molekullararası hidrogen rabitələrinin mövcudluğu aşkarlanmışdır
Açar sözlər : enamin, tsikloheksen halqası, konformasiya, yarımkreslo, molekuldaxili və molekullararası hidrogen rabitələri
Məqaləyə baxın