Salisil turşusunun allil və vinil efirlərinin malein anhidridi ilə sopolimerləşmə reaksiyaları tədqiq edilmişdir. Göstərilmişdir ki, sopolimerləşən monomer cütləri yükün ötürülməsi ilə kompleks əmələ gətirir ki, həmin komplekslər asanlıqla polimerləşmə reaksiyalarına daxil olaraq növbəli quruluşlu makromolekullar əmələ gətirir. Monomer cütləri arasında yaranan kompleksin tarazlıq sabitləri PMR spektrlərin köməyilə təyin olunmuşdur: Alasp…MA cütü üçün Kc=0.097 və Vasp…MA cütü üçün isə Kc=0.028. Xromotoqrafik üsulla – Jaaks tənliyinin köməyilə monomerlərin nisbi aktivlikləri təyin edilmişdir. Alasp−MA somonomerləri üçün г1= 0.022, г2= 0.038 və Vasp−MA somonomerləri üçün isə г1=0.036, г2=0.028-dir. Sopolimerləşmə reaksiyalarında hər iki halda monomerin nisbi aktivliklərinin sıfıra yaxın olması həmin monomer cütlərinin sopolimerləşməyə meyilli olduğunu sübut edir. Vasp və MA-nın sopolimerləşməsi reaksiyalarında monomer cütlərinin nisbətinin və monomerlərin ümumi qatılığının reaksiyanın başlanğıc sürətinə təsiri öyrənilmişdir. İlkin monomerlərin ekvimolyar nisbətlərində w maksimum qiymətlərində müxtəlif ümumi qatılıqlarında sopolimerləşmənin başlanğıc sürətinin MA-nın tərkibindən asılılığı əyrilərinin ekstremal xarakteri zəncirin böyüməsinin həm sərbəst monomerlərin, həm də monomer-kompleksin iştirakı ilə baş verdiyini sübut edir.