Polixlorbenzol və toluolların katalitik zərərsizləşdirilməsi üçün vanadium, molibden, fosfor, stibium, kobalt oksidləri əsasında katalitik sistemlər sintez edilmişdir. Müasir fiziki-kimyəvi RF, İQS, derivatoqrafik analizlə katalizatorlarda faza əmələgəlməsi, aktiv mərkəzlərin təbiəti və qüvvəsi müəyyən edilmişdir. Göstərilmişdir ki, katalizatorun aktiv komponentlərinin vəziyyəti faza əmələgəlmə prosesinə təsir edir. Alınmış katalizator nümunələrinin 1,2,4-trixlorbenzol və 2,3,4-trixlortoluolun 673–753 K temperaturda, 0.1–1.1 san kontakt müddətində xlorlu birləş-mələrin oksigenə 1:5–1:25 nisbətində oksidləşməsi reaksiyalarında aktivlikləri müəyyən edilmişdir. Xlorlu birləşmələrin zərərsizləşdirilməsi zamanı malein anhidridi və onun xlorlu törəmələri alınmışdır.