ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
VANADİUMUN(V) GİL NÜMUNƏLƏRİNDƏ SPEKTROFOTOMETRİK METODLA TƏYİNİ
M.B. Həsənova, R.Ə. Əliyeva, R.Z. Nəzərova, C.İ. Mirzai

 

Spektrofotometrik metodla vanadiumun(V) piroqallol əsasında sintez edilmiş reagentlə - 2,3,4–trihidroksi-5'-sulfoazonaftalinlə kompleksəmələgətirməsi öyrənilmişdir. Məlum olmuşdur ki, pH 5, λmax=437nm-da intensiv rəngli binar kompleks birləşmə əmələ gəlir. Kompleksəmələgəlməyə üçüncü komponentlərin təsiri öyrənilmişdir. Üçüncü komponent kimi setilpiridin xlorid, setilpiridin bromid və dekametoksindən istifadə olunmuşdur. Kompleksəmələgəlmənin optimal şəraiti müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, müxtəlifliqandlı komplekslərin maksimum çıxımı uygun olaraq pН 3, λ=471, 479 və 466 nm müşahidə olunur. Komplekslərin davamlılıq sabiti hesablanmış, kompleksin tərkibində komponentlərin nisbəti və Ber qanununa tabeçilik intervalı müəyyən edilmişdir. Kompleksəmələgəlməyə kənar ion və pərdələyicilərin təsiri öyrənilmişdir. Işlənmiş metodika vanadiumun(V) gil nümunələrində təyinində tətbiq edilmişdir.

 

Açar sözlər : vanadiumun(V) kompleksəmələgətirməsi, piroqallol, gil nümunələri
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı