STİROLUN METAKRİL TURŞUSUNUN QLİSİDİL EFİRİ İLƏ BLOK-SOPOLİMERLƏRİNİN PSEVDOCANLI RADİKAL SOPOLOMERLƏŞMƏ ŞƏRAİTİNDƏ SİNTEZİ
Məqalədə stirolun metakril turşusunun qlisidil efiri ilə zəncirin uzanma mexanizmini tənzimləyən komponent kimi sərbəst stabil radikal – 4-karboksiamid-2,2,5,5-tetrametilpirrolin-1-oksil iştirakında blok-sopolimerləşmə reaksiyasının tədqiqi nəticələri verilmişdir. Göstərilmişdir ki, tədqiq olunan şəraitdə stirolun makromonomeri ilə metakril turşusunun qlisidil efirinin sopolimerləşməsi nəticəsində müvafiq blok-sopolimer sintez etmək mümkündür
Açar sözlər : sopolimerləşmə, polimerləşmə radikalı, nəzarət edilən, psevdocanli
Məqaləyə baxın