ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SULFATLI TEXNOLOJİ MƏHLULLARDAN HİDROLİTİK ÇÖKMƏ YOLU İLƏ ARSENDƏN TƏMİZLƏNMƏSİ VƏ SELEKTİV Cu, Zn, Co, Mn KONSENTRATLARININ ALINMASI
A.Ə.Heydərov, A.A.Quliyeva, A.B.Muradova, A.X.Qurbanzadə

 

Dəmir filizinin zənginləşməsindən alınan tullantıların topa həllolma üsulu ilə yuyulmuş məhlullarından hidrolitik çökmə yolu ilə arsenin təmizlənməsi və selektiv Cu, Zn, Co, Mn konsentratların alınması haqqında məlumat verilir. Tədqiqat materialı kimi “Daşkəsən Filizsaflaşdırma” ASC-nin saflaşdırma fabrikinin tullantıxanasından və Şimalı Daşkəsəinin kobalt yatağın istismarından sonrakı tullantıların yuyulmasından alınan məhlullardan istifadə edilmişdir. Perkolyasion  kalonkalarda (sütunlarda) yumadan alınmış məhlulların qatılığı aşağıdakı kimi olmuşdur: (I nümunə pH=2) Al – 3.23, Fe – 13.63l, Mn – 1.89, Cu – 0.64, Co – 5.8, Zn – 89.16, (II nümunə pH=4.8) Ca – 223, Mn – 13.83, Co – 478, Cu – 10.21, Zn – 4.34 mq/l. Alınmış məhlullardan qiymətli komponentlərin çökdürülməsi hidrolitik yolla pH=1-dən 11-dək qaldırmaqla pilləli mərhələlərlə aparılmış nəticədə 3 növ konsentrat alınmışdır.

 

Açar sözlər : tullantı, məhlul, perkolyator, çökmə, metallar
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2017
MÜNDƏRİCAT
- VAKUUM QAZOYLUNUN KARBOHİDROGEN QRUP VƏ ELEMENT TƏRKİBİNƏ OZONOLİZİN TƏSİRİE.Ə.Hüseynova, L.A.Mürsəlova, N.N.Bagırova, F.A.Haşımov, K.Y.Əcəmov, Ə.Ə.Dədəyeva
- NIKELİN(II) 3-(1-FENİL-2,3-DİMETİLPİROZOLON-5)AZOPENTADİON-2,4 REAGENTİ İLƏ ÜÇÜNCÜ KOMPONENT İŞTİRAKINDA KOMPLEKSƏMƏLƏGƏTİRMƏSİNİN SPECTROFOTOMETRİK TƏDQİQİR.Ə.Əliyeva, G.Q.Nəzərova, V.İ.Mərdanova, F.M.ÇıraqovDavamı