MODİFİKASİYA OLUNMUŞ SEOLİTLƏR ÜZƏRİNDƏ METANOLUN OKSİDLƏŞDİRİCİ ÇEVRİLMƏSİ
Pd və kationları ilə modifikasiya olunmuş sintetik (NaA, NaX, NaY) və təbii (mordenit, klinoptilolit) seolitlər əsasında sintez olunmyş bir sıra katalizatorların metanolun formaldehidə, qarışqa turşusuna və metilformiata oksidləşdirici çevrilmə reaksiyalarında aktivliyi tədqiq olunmuşdur. Metanolun formaldehidə oksidləşdirici çevrilməsi (CuPdNaY) və metanolun qarışqa turşusuna birbaşa oksidləşməsi (Pd-mordenit) reaksiyaları üçün yüksək effektiv katalizatorlar seçilmişdir. Pd-mordenit (0.1% Pd) katalizatorun üzərində metanolun qarışqa turşusuna birbaşa oksidləşmə prosesin kinetik qanunauyğunluqlarının tədqiqinin təcrübi nəticələri əsasında prosesin ehtimal olunan mərhələli mexanizmi verilmiş və onun əsasında kinetik model tərtib olunmuşdur
Açar sözlər : oksidləşmə, metanol, seolit
Məqaləyə baxın