ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ALKİLAROMATİK XLORKARBOHİDROGENLƏRİN KATALİTİK OKSİDLƏŞMƏSİNİN MÜASİR VƏZİYYƏTİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ
A.C.Əfəndi, E.M.Babayev, F.A.Yunisova, B.A.İsmayılova, N.Aykan

 

Xlorlu alkilaromatik karbohidrogenlərin  alınması və katalitik oksidləşməsinin müasir durumu analiz edilmişdir. Göstərilmişdir ki, xlortoluolların müxtəlif heterogen katalitik sistemlər üzərində selektiv oksidləşməsinin həyata keçirilməsi mümkündür. Aktiv komponentlərin, reaksiya müddətinin və temperaturun katalizatorların aktivliyinə və reaksiyanın selektivliyinə təsiri müəyyən edilmişdir. Reaksiyaların həyata keçirilməsi üçün optimal şərait seçilmiş, həmin şəraitdə katalizatorun aktivliyi və selektivliyi öyrənilmişdir. Nəticədə, ekoloji cəhətdən təhlükəli olan maddələr zərərsizləşdirilmiş, eləcə də geniş tətbiq sahələri olan malein anhidridi və onun xlorlu törəmələri, xlorbenzaldehid kimi ekoloji təmiz və təhlükəsiz xammallar  alınmışdır.

 

Açar sözlər : katalitik oksidləşmə, xlortoluollar, malein anhidridi, xlorbenzaldehid, xlormalein anhidridləri, heterogen kataliz
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı