ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
KARBOHİDROGENLƏRİN HİDROGEN PEROKSİDLƏ OKSİDLƏŞMƏSİ ÜÇÜN NANOÖLÇÜLÜ KARBON KATALIZATORLARI
E.B.Zeynalov

 

Məqalədə karbon nanoborularının (KNB) iştirakı ilə karbohidrogenlərin hidrogen-peroksidlə oksidləşməsinə aid Thomson Reuters elektron bazasına daxil olan  ən müasir nəşrlərin icmalı göstərilmişdir. İcmalda  hidrogen-peroksidlə  karbohidrogenlərin oksidləşməsində katalizator kimi KNB istifadəsinin iki aspekti  nəzərdən keçirilmişdir – 1)  metal katalizatorları üçün aktiv daşıyıcı və 2) katalitik sistemlərin əsas komponenti kimi. Göstərilmişdir ki, KNB-nın tərkibinə metalların və metal oksidlərinin daxil edilməsi,  boruların katalitik aktivliyini dəfələrlə artıraraq, reaksiyanı hətta otaq temperaturunda son məhsullara görə yüksək selektivliklə aparmağa imkan verir. KNB hidrogen-peroksidin oksigenin aktiv hissəciklərə parçalanmasının güclü promotoru kimi və aromatik birləşmələrin, əsasən fenolların effektiv katalizatorları kimi iştirak edirlər. Beləliklə, KNB bir sıra məlum ekoloji problemlərin həllində neft çirkləndiricilərinin hidrogen-peroksidlə parçalanması üçün aktiv katalizator kimi istifadə oluna bilər.

 

Açar sözlər : karbohidrogenlərin oksidləşməsi, hidrogen-peroksid, karbon nanoboruları, katalizator daşıyıcısı, katalizator, aromatik birləşmələrin parçalanması
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı