ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
NAFTENLƏRİN OKSİDLƏŞDİRİCİ DEHİDROGENLƏŞMƏ REAKSİYALARINDA METAL-SEOLİTLƏRİN TƏTBİQİ
A.M.Əliyev, Z.A.Şabanova, A.İ.Kərimov, M.F.Bəhmənov, F.V.Əliyev, Ü.M.Nəcəf-Quluyev

 

İon mübadilə üsulu ilə sintez olunmuş klinoptilolit (KL) {Cu2+ (0.5 küt.%),  Zn2+ (0.2 küt.%), Со2+ (0.1 küt.%), Cr3+ (0.1 küt.%)} və KL {Co2+ (0.5 küt.%), Cr3+ (0.25 küt.%)} katalizatorlarının uyğun olaraq tsikloheksanın 1,3-tsikloheksadienə və metiltsikloheksanın 1-metil-1,3-tsikloheksadienə oksid­ləşdirici dehidrogenləşmə reaksiyalarında tətbiqinin müm­künlüyü müəyyən olunmuşdur. Təcrübi məlumatların təhlili və dissosiativ adsorbsiya olunmuş oksigen ilə mübadilə kationların rabitə enerjilərini nəzərə almaqla katalizatorun komponentlərindən ibarət aktiv mərkəzlər qruplaşdırılmış və reaksiya yolları aydınlaşdırılmışdır. Bu aktiv mərkəzlərin nəzərə alınması ilə işlənib hazırlanmış kinetik model təqdim olunmuşdur.

 

Açar sözlər : tsikloheksan, 1,3-tsikloheksadien, metiltsikloheksan, 1-metil-1,3-tsikloheksadien
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı