ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
KATİONAKTİV BOYALARIN BENTONİTİN SORBSİYASINDA İSTİFADƏSİ
S.A.Məmmədova, G.M.Heydərzadə, Ə.İ.Yaqubov, N.V.Vəliyeva, Ü.H.Osmanova

 

Azərbaycanın  Daş-Salahlı Bentonitinin sulu  məhlullardan kationaktiv boyaların sorbsiyasında sorbent kimi istifadəsi tədqiq edilmişdir. Gilin islanma istiliyi, yerdəyişmə kompleksinin həcmi, rütubətlilik, disperslik kimi fiziki-kimyəvi xüsusiyyətləri öyrənilmişdir. Hidrofil gilin sulu məhlullarda sorbsiya xüsusiyyətini yüksəltmək üçün onların səthi-aktiv maddələrlə modifikasiyası aparilmışdır. Alınmış sorbentdə metilen abısının rodamin G-nin, metilen bənövşəyinin sorbsiya şəraiti öyrənilmişdir (mühitin pH-ından, temperaturdan, zamandan asılılığı). Təcrübi nəticələrə əsaslanaraq, polimolekulyar adsorbsiyaya cavab verən adsorbsiya izotermi qurulmuşdur. Tədqiq olunan sorbentin zulu məhlulların kationaktiv boyalardan təmizlənməsində təklif etmək olar.

 

Açar sözlər : hidrofillik, üzvi-bentonit, adsorbsiya, adsorbsiyanın izotermi, rentgenoqram, metilen abısı, rodamin G, Daş-Salahlı bentoniti, İQ spektri, kinetik əyri
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı