AZƏRBAYCANIN ACINOHUR TİTANMAQNETİT KONSENTRATININ TƏBİİ QAZLA REDUKSİYASI İLƏ DƏMİR TOZUNUN VƏ TİTAN DİOKSİDİN ALINMASI
Toz materiallarının baraban aparatinda qranullaşmasının fiziki-kimyəvi və mexaniki nəzəriyyəsindən istifadə edərək Azərbaycanin Acinohur titanmaqnetit konsentratlarından optimal tərkibə, ölçüyə və məsaməliliyə malik qranullarının alınma şəraiti müəyyən edilmiş və 3D analitik modelləşməsi işlənmişdir. Termodinamiki və kinetik analizlə titanmaqnetit fazasının metanla (akseptor) və konversiya məhsulları karbon monooksidlə və hidrogenlə (induktor) reduksiyası ilə dəmirin alınması reaksiyalarının qoşulmuş olduğu müəyyən edilmişdir. Bioaktiv xitozan maddəsindən istifadə etməklə polititanat turşularından xTiO2×yH2O titan dioksidin anataz modifikasiyası alınmışdır.
Açar sözlər : titanmagnetit konsentratlar, flüsləşmiş hissəciklər, reduksiya, əlaqəli reaksiya, xitozan
Məqaləyə baxın