ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
YENİ MONOOKSİDLƏŞDİRİCİ BİOMİMETİK KATALİZATORLARIN SİNTEZİ VƏ ONLARIN İŞTİRAKINDA KARBOHİDROGENLƏRİN HİDROGEN PEROKSİDLƏ KİMYƏVİ ƏHƏMİYYƏTLİ MƏHSULLARA OKSİDLƏŞMƏSİ
L.M.Həsənova

 

Tsikloheksan və onun törəmələri ilə qarışığının hidrogen peroksidlə oksidləşməsi prosesində dəmirporfirintərkibli heterogen biomimetik katalizatorların müəyyən birləşməyə qarşı seçiciliyi tədqiq olunmuşdur. Tsikloheksanın monooksidləşməsi prosesinin eksperimental tədqiqi əsasında müəyyən edilmişdir ki, biomimetik katalizator səthində paralel-ardıcıl monooksidləşmə və oksidləşdirici dehidrogenləşmə reaksiyalarından ibarət koherent-sinxronlaşdırılmış mürəkkəb reaksiya baş verir. Tsikloheksanın reaksiya məhsullarına çevrilməsinin fermentativ katalizə xarakterik olan rabitələrin zəncirvari paylanması prinsipi (RZP) ilə turşu-əsasi kataliz və redoks sistemlərin birgə mexanizmlərinin daxil olduğu mexanizmləri təsvir edilmişdir. Həmçinin metanın biomimetik katalizator iştirakında hidrogen peroksidlə birbaşa metanola oksidləşməsi prosesinin tədqiqi aparılmışdır.

 

Açar sözlər : tsikloheksan, tsikloheksanol, tsikloheksanon, koherent-sinxronlaşdırılmiş reaksiyalar, biomimetik kata­li­zatorlar, fermentativ kataliz, metan, metanol
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı