ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MOTOR YAĞLARINA DİAMİNTƏRKİBLİ ALKİLFENOLYAT AŞQARLARI
E.Ə.Nağıyeva, Ə.K.Kazımzadə, X.N.Məmmədyarova, Ə.Ə.Qədirov, S.İ.Nəsirova

 

Məqalədə diamin tərkibli dodesilfenolun formaldehid və etilendiaminlə (və ya heksametilendiaminlə) kondensləşmə məhsulunun kalsium duzlarından ibarət AKİ-1 və AKİ-4 alkilfenolyat aşqarlarının sintezi və nəticələri verilmişdir. Tədqiqatlar göstərir ki, alkilfenolyat aşqarlarında azot atomların arasındakı karbohidrogenlər artdıqca onların funksional xassələri zəifləyir. AKİ-1 aşqarının karbonatlaşmış variantı olan AKİ-5 aşqarın alınması da göstərilir. AKİ-5 aşqarı istər fərdi, istərsə də motor yağı kompozisiyası tərkibində yüksək funksional xassələrə malikdir. Belə ki, AKİ-5 aşqarının tətbiqi ilə müasir standartlara cavab verən yüksək istismar xassələrinə malik M-8B motor yağı işlənib hazırlanmışdır.

 

Açar sözlər : dodesilfenol, formaldehid, etilendiamin, heksametilendiamin, aşqar, motor yağı
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı