QIZILLI FİLİZ MİNERAL XAMMALININ TEXNOLOJİ EMALI PROSESİNDƏ MADDİ TƏRKİBİN HƏLLEDİCİ ROLU
Azərbaycanın yeni, perspektivli qızıl yatağından götürülmüş 2 texnoloji filiz sınağının qiymətləndirilmiş maddi tərkibinin (kimyəvi və mineraloji) timsalında bu xammalda aşkarlanmış mineralların texnoloji prosesslərə nə dərcədə təsir etdiyi araşdırılır. Tədqiq olunan sınaqlarda təyin edilmiş maddi tərkiblərin xüsusiyyətləri nəzərə alınmaqla, qızıllı filizçıxarma sənayesində istifadə olunan müxtəlif texnoloji emal üsulları, aparılmış təcrübələrlə qiymətləndirilmişdir. Bu tədqiqatların nəticələrinə əsasən, nəzərdən keçirilən xammalın tərkibində olan qızılın 95%-nin çıxarılmasını təmin edən sorbsiyalı hidrometallurji emal üsulunun effektiv texnoloji rejimi işlənib hazırlanmış və tövsiyə edilmişdir.
Açar sözlər : qızıllı filiz mineral xammalı, maddi tərkib, emal texnologiyası, qravitasiya, flotasiya, hidrometallurgiya.
Məqaləyə baxın