Pb2+ VƏ Mn2+ İONLARININ TƏBİİ VƏ SİNTETİK SORBENTLƏRDƏ SORBSİYASININ KİNETİKASININ QANUNAUYĞUNLUQLARI
Modifikasiya olunmuş təbii klinoptilolit, bentonit və sintetik ion-mübadilə qatranı olan KU-2-8-də Pb2+ və Mn2+ ionlarının tullantı sularına uyğun model məhlullardan sorbsiya prosesinin kinetikasının qanunauyğunluqları tədqiq edilmiş və bu prosesə məhlulun qatılığının, mühitin temperaturunun və sorbentin dənəvərliyinin təsiri müəyyənləşdirilmişdir. Sorbentlərdə ionların sorbsiya prosesini idarə edən xarici və daxili diffuziyasının kinetik parametrləri hesablanmış və alınan nəticələrin riyazi təhlili verilmişdir.
Açar sözlər : seolit, kinetika, sorbsiya, sintetik sorbent
Məqaləyə baxın