ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
TİOKARBAMİDDƏN İSTİFADƏ ETMƏKLƏ KOBALT SULFİD NANOHİSSƏCİKLƏRİNİN SİNTEZİ VƏ TƏDQİQİ
O.O.Balayeva, A.Ə.Əzizov, M.B.Muradov, A.M.Məhərrəmov, G.M.Eyvazova, R.M.Alosmanov, Z.Q.Məmiyev, Z.A.Ağamalıyev

 

Kobalt sulfid nanohissəcikləri ardıcıl ion qatının adsorbsiyası və reaksiyası (AİQAR) metodu ilə sintez olunmuşdur. İlkin reagentlər kimi Co(NO3)2·6H2O və tiokarbamidin [(NH2)2CS] sulu məhlulundan istifadə edilmişdir. Alınmış kobalt sulfid nanomaterialları 1000C temperaturda vakuumda qurudulmuşdur. Rentgen toz difraktometrindən (RTD) alınan nəticələrə görə Co3S4 üstünlüklü qarışıq fazalı kobalt sulfid (Co3S4, CoS1.097 və CoS2) nanohissəcikləri formalaşmışdır. Kobalt sulfide nanohissəciklərinin orta ölçüsü 8-ci tsikldən sonra 9.8 nm-dir. Optiki qadağan olunmuş zonanın enerjisi 1.59 eV olmuşdur. Skanedici elektron mikroskopundan (SEM) alınan nəticələrə görə sintez olunmuş kobalt sulfid nanohissəcikləri düyü şəkilli morfologiyaya malikdir.

 

Açar sözlər : kobalt sulfid, nanokompozitlər, quruluş və optiki xassələr
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı