ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
POLİİZOPRENLƏ MODİFİKASİYA OLUNMUŞ BİTUMUN VƏ ONUN ƏSASINDA ÖRTÜKLƏRİN XASSƏLƏRİNİN TƏDQİQİ
İ.H.Mövlayev, S.M.İbrahimova, G.M.Məmmədova, G.R.Qazıyeva, D.N.Cəfərova

 

Qudron:asfalten=80:20 qarışığı əsasında yüksək yumşalma temperaturuna malik (tyum=1100C) xüsusi bitum alınmış və xassələri tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, onun əsasında alınan örtüyun əsas göstəriciləri standartın tələblərinə cavab vermirlər. Buna görə alınmış bitumun poliizoprenlə müxtəlif nisbətlərdə mexaniki-kimyəvi modifakasiyası aparılmış, bitumun və modifikasiya olunmuş bitumun müxtəlif temperaturlarda və gərginliklərdə reoloji xassələri tədqiq edilmişdir. Ğöstərmişdir ki, tədqiqatın aparıldığı bütün hallarda modifikasiya olunmuş bitumun effektiv özlülüyü modifikasiya olunmamış bitumun effektiv özlülüyüdən yüksəkdir və tərkibində olan poliizoprenin miqdarı artdıqca artır. Modifikasiya olunmuş qudron:asfalten=80:20 bitum əsasında alınan örtüyün göstəricilərinin tədqiqi göstərilmişdir ki, məlum sənaye neft bitumu olan B-80/30 əsasında örtüyü ilə müqaisədə poliizoprenlə modifikasiya olunmuş örtük suya, aqresiv mühitlərə davamlılıq, möhkəmlik, elastiklik, adgeziya kimi yüksək göstəricilərə malikdir. Aparılan tədqiqatlar nəticəsində poliizoprenlə modifikasiya olunmuş bitum əsasında alınan kompozisiyaların antikorroziya örtükləri və hidroizolasiya materialı kimi istifadə etmək üçün tərkibləri təklif edilmişdir.

 

Açar sözlər : xüsusi bitum, poliizopren, modifikasiya, reoloji xassələr, örtüklər, möhkəmlik, elastiklik, adgeziya, suya davamlılıq, aqresiv mühitlərə davamlılıq
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2019
MÜNDƏRİCAT
- ETİLENİN TOLUOLLA ARİLLƏŞDİRMƏ REAKSİYASININ ÖYRƏNİLMƏSİA.M.Əliyev, G.Ə.Əli-zadə, M.Q.Əliyeva, S.R.Məmmədova, R.Y.Ağayeva
- TORPAQDA ÜZVİ MADDƏNİN ALTI VALENTLİ XROMUN DƏMİR Fe0 NANOHİSSƏCİKLƏRİ İLƏ REDUKSİYASINA TƏSİRİG.R.AllahverdiyevaDavamı