DƏMİRİN(III) SUDA XELATƏMƏLƏGƏTİRİCİ SORBENTLƏ İLKİN QATILAŞDIRILARAQ TƏYİNİ
Bərkfazalı spektroskopiya metodu vasitəsilə para-amino benzoy turşusu vasitəsilə modifikasiya olunmuş malein anhidridi-stirol sopolimeri əsaslı sorbentin və onun dəmirlə polimer kompleksin kimyəvi-analitik xassələri öyrənilib. Sorbsiya tarazlığının yaranma vaxtı müəyyən edilib. Sorbsiyanın mühitin turşuluğundan asılılığı tədqiq edilmişdi. Bərk fazanın dəmir ionlarının mürəkkəb tərkibli məhlullardan çıxarılması üçün perspektivliliyi göstərilib. Dəmirin suda effektiv təyinat metodikası işlənib hazırlanmışdı.
Açar sözlər : dəmir(III), qatılaşdırma, sorbent, sintez, metodika
Məqaləyə baxın