ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
2-HİDROKSİ-5-HALOGENTİOFENOLLAR DƏMİRİN(III) EKSTRAKSİYALI-FOTOMETRİK TƏYİNİ ÜÇÜN ANALİTİK REAGENTLƏR KİMİ
Ə.Z.Zalov

 

Dəmirin hidrofob amin – anilin və N,N-dimetilanilin iştirak etdikdə 2-hidroksi-5-halogentiofenollarla qarşılıqlı təsiri tədqiq edilmişdir. Halogentiofenollardan 2-hidroksi-5-xlortiofenol və 2-hidroksi-5-brom­tiofenol istifadə edilmişdir. Kompleksəmələgəlmənin və ekstraksiyanın optimal şəraiti tapılmışdır. pH 3.8–6.2-də maksimum ekstraksiya baş verir. Kompleksin tərkibində komponentlərin molyar nisbəti Fe:HTF:Am=1:2:2 kimidir. Nazarenko metodu ilə  kompleksəmələgətirici ionun Fe(OH)2+ olduğu müəy­yən edilmişdir. Hesablamalar göstərmişdir ki, müxtəlifliqandlı kompleks üzvi fazada polimerləşməyib, mo­nomer halındadır (g=1.03–1.07). Reaksiyanın seçiciliyi qiymət­ləndi­ril­mişdir. Komplekslərin yükü U-şəkilli boruda elektromiqrasiya və ЭДП-10П anionitində ion mübadiləsi təcrübələri ilə müəyyən edil­mişdir.

 

Açar sözlər : kompleks əmələgəlmə, ekstraksiya, dəmir, 2-hidroksi-5-bromtiofenol, Ber qanunu
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı