ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ETİLENQLİKOLUN (MET)AKRİL MONOEFİRLƏRİNİN SİNTEZİ
M.K.Məmmədov, G.N.Mehdiyeva, R.Ə.Cəfərova, C.H.İsmayılova

 

Akril turşularının etilenqlikol ilə heterogen katalizatorlardan: H-formalı KU-2.8 və naftalin-1,5-disulfoturşu katalizatorlarının iştirakı ilə efirləşmə reaksiyası öyrənilmişdir. Etilenqlikolun (met)akril monoefirlərinin sintezinin optimal şəraiti tapılmiş və müəyyən olunmuşdur ki, 2-hidroksietil-(met)akrilatların çıxımı 83.6 və 87.5%, 84.5 və 92.0% təşkil edir, naftalin-1,5-disulfoturşu isə H-formalı KU-2.8 katalizatoruna nisbətən daha effektivdir, belə ki, 2-hidroksietilakrilat monomerləri bu kata­lizatorun iştirakı ilə daha yüksək çıxımla alınır. Müəyyən olunmuşdur ki, sintez olunan akrilatlar reaksiyayaqabil monomerlərdir və onlar optiki linzaların, yapışqanların, diş protezlərinin hazırlanmasında istifadə oluna bilər.

 

Açar sözlər : etilenqlikolun monoefirləri, akril turşusu, metakril turşusu, KU-2.8, naftalin-1,5-disulfoturşu
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı