ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
FUNKSİONAL BİRLƏŞMƏLƏRLƏ MODİFİKASİYA EDİLMİŞ ELASTOMER ƏSASINDA KORROZİYADAN QORUYUCU ÖRTÜKLƏR
F.Ə.Əmirov

 

Butadien-nitril (BNK-26) və karboksilləşdirilmiş butadien-nitril (BNK-40/4) elastomerinin epoksid oliqomeri ED-16 və polivinilxloridlə modifikasiyası nəticəsində metalları korroziyadan qoruyucu örtük kompozisiyaları alınmış, kompozisiyaların fiziki-mexaniki və qoruyuculuq xassələri öyrə­nil­mişdir. Kompozisiyaların optimal tərkibləri müəyyənləşdirilmiş, onların aktiv korroziya mühitli neft-qaz quyu məhsullarında polad-3 nümunələrinin korroziyadan qorunması öyrənilmişdir. Göstə­ril­miş­dir ki, hər iki elastomer əsasında kompozisiyalar korroziyadan  yüksək qoruyuculuq effektinə malik­dirlər, ancaq BNK-40/4 elastomeri əsasında kompozisiyaların qoruyuculuq effekti daha yüksəkdir.

 

Açar sözlər : elastomerlər, modifikasiya, korroziya, qoruyucu örtük, kompozisiya, fiziki-mexaniki xassələr, korroziya mühiti, qoruyuculuq effekti
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2019
MÜNDƏRİCAT
- ETİLENİN TOLUOLLA ARİLLƏŞDİRMƏ REAKSİYASININ ÖYRƏNİLMƏSİA.M.Əliyev, G.Ə.Əli-zadə, M.Q.Əliyeva, S.R.Məmmədova, R.Y.Ağayeva
- TORPAQDA ÜZVİ MADDƏNİN ALTI VALENTLİ XROMUN DƏMİR Fe0 NANOHİSSƏCİKLƏRİ İLƏ REDUKSİYASINA TƏSİRİG.R.AllahverdiyevaDavamı