1,4-DİAMİNOBENZOLUN REZORSİNLƏ OKSİDLƏŞMƏ SOPOLİKONDENSLƏŞMƏSİ
1,4-Diaminobenzolun (DAB) rezorsinlə (Rz) NаОCl və H2O2 kimi iştirakı ilə binar oksidləşmə sopolikondensləşmə reaksiyalarının qanunauyğunluqları və alınan oliqomer məhsullar tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki, reaksiya qarışığında oksidləşdiricinin miqdarının, reaksiya temperaturunun və müddətinin artırılması oliqomer məhsulların çıxımının yüksəlməsinə səbəb olur. Reaksiya məhsulları, əsasən, DAB ilə Rz-nin sooliqomerlərindən və əlavə məhsul kimi Rz-nin homooliqomerindən ibarətdir. Sintez şəraitinin alınan sooliqomerlərin tərkibinə, quruluşuna və xassələrinə təsiri müəyyən edilmişdir. Sintes edilmiş sooliqomerlər termoplastlara və elastomerlərə antistatik əlavələr kimi istifadə olunmuşdur.
Açar sözlər : arоmаtik аminlər, oliqohidroksiarilenlər, oliqoaminoarilenlər, aminlərlə hidroksiarilenlərin sooliqomerləri
Məqaləyə baxın