ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
4-VİNIİLTSİKLOHEKSENİN ETİLBENZOLA VƏ STİROLA OKSİDLƏŞDİRİCİ DEHİDROGENLƏŞDİRİLMƏSİ REAKSİYASINDA Pt, Ga SAXLAYAN YÜKSƏK MODULLU SEOLİTLƏRİN KATALİTİK XASSƏSİNƏ NADİR TORPAQ ELEMENTLƏRİ OKSİDLƏRİNİN TƏSİRİ
H.M.Əlimərdanov, A.A.Cəlilova, E.T.Süleymanova

4-viniltsikloheksenin etilbenzola və stirola oksidləşdirici dehidrogenləşdirilməsi reaksiyasında müxtəlif nadir torpaq elementlərinin (NTE) oksidləri ilə modifikasiya edilmiş Pt–Ga/HNa-YMS əsasında hazırlanmış katalizatorların aktivliyinə müxtəlif faktorların təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, bu sistemin aktivliyi NTE-nin oksidlərinin təbiətindən asılı olaraq geniş diapazonda dəyişir. Etilbenzolun və stirolun yüksək çıxımı və eləcə də reaksiyanın seçiciliyi ilkin seolitin tərkibinə 1.5–2.0 kütlə% miqdarında Gd2O3+Tb4O7-x+La2O3, Gd2O3+Pr6O11-x+La2O3, Gd2O3+Nd2O3+La2O3 və Eu2O3+Gd2O3+La2O3 qarışıq oksidləri daxil edilməsi ilə hazırlanmış sistemin iştirakı ilə əldə edilir.

 

Açar sözlər : 4-viniltsikloheksen, etilbenzol, stirol, oksidləşdirici dehidrogenləşmə, HNa-YMS-in platin-qallium saxlayan nümunələri, NTE oksidləri
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2019
MÜNDƏRİCAT
- Mo–S NAZİK YARIMKEÇİRİCİ TƏBƏQƏLƏRİNİN ELEKTROKİMYƏVİ ÇÖKDÜRÜLMƏSİV.A.Məcidzadə, S.F.Cəfərova, A.Ş.Əliyev, N.B.Fərhatova, D.B.Tağıyev
- TOLUOLUN DİSPROPORSİONLAŞMA REAKSİYASINDA SİNTETİK SEOLITİN – METAL KATİONLARI İLƏ MODİFİKASİYA OLUNMUŞ MORDENİTİN KATALİTİK FƏALLIQLARINA AKTİVLƏŞMƏNİN TƏSİRİA.M.Əliyev, V.Ş.Ağayev, Ə.Ə.Sarıcanov, R.Y.Mirzəyeva, S.R.MəmmədovaDavamı