ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BAZA KOMPONENTLƏRİN QURULUŞUNUN PLASTİK SÜRTKÜLƏRİN KEYFİYYƏTİNƏ TƏSİRİ
V.M.Fərzəliyev, S.Ə.Məmmədov, F.A.Fətəlizadə, İ.Ş.Hüseynov, N.P.Ladoxina

 

Yüksək effektli  və neft və qazda həll olmayan plastik sürtkülər dispers mühit kimi bitki yağlarından (gənəgərçək yağı, soapstok, kanifol,  oksidləşdirilmiş və yodlaşdırılmış pambıq yağı) istifadə etməklə hazırlanmışdır. Oksidləşdirilmiş  pambıq yağı onun hidrogen peroksidlə kalium permanqanat olan sistemdən hava üfürməklə oksidləşdirilməsi ilə alınmışdır. Müəyyən edilmişdir ki, pambıq yağının turşuluğu artmır. Hidrogen peroksidin miqdarı 20%-ə qədər artdıqca yağın özlülüyü artır, bu göstəricinin sonrakı artımı ilə o az dəyişir ki, bu da hidrogen peroksidin qlikol əmələ gətirməklə tam reaksiyaya girdiyini sübüt edir. Pambıq yağının yod törəməsi onun kalium yodidlə sulfat turşusu iştirakında reaksiyasından alınır. Oksidləşdirilmiş və yodlaşdırılmış pambıq yağının miqdarının  sürtkülərin damcı-düşmə temperaturuna təsiri öyrənilmişdir. Məlum olmuşdur ki,  oksidləşdirilmiş pambıq yağının miqdarı 20%-ə qədər artdıqda  damcıdüşmə temperaturu artır, sonra isə çox az dəyişir. Oksidləşdirilmiş və yodlaşdırılmış pambıq yağının 20% sərfi optimal hesab oluna bilər.

 

Açar sözlər : pambıq yaği, hidrogen peroksid, soapstok, plastik sürtkülər, damcıdüşmə temperaturu
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2019
MÜNDƏRİCAT
- ETİLENİN TOLUOLLA ARİLLƏŞDİRMƏ REAKSİYASININ ÖYRƏNİLMƏSİA.M.Əliyev, G.Ə.Əli-zadə, M.Q.Əliyeva, S.R.Məmmədova, R.Y.Ağayeva
- TORPAQDA ÜZVİ MADDƏNİN ALTI VALENTLİ XROMUN DƏMİR Fe0 NANOHİSSƏCİKLƏRİ İLƏ REDUKSİYASINA TƏSİRİG.R.AllahverdiyevaDavamı