Spektrofotometrik üsullarla volframın(VI) 2,6-ditiol-4-üçlübutilfenol və hidrofob aminlərlə kompleks əmələgəlmə reaksiyası tədqiq edilmişdir. Hidrofob amin kimi anilin, N-metilanilin və N,N-dimetilanilin istifadə edilmişdir. Müxtəlifliqandlı komplekslərin əmələgəlmə və ekstraksiya şəraiti tədqiq edilmiş və komplekslərdə komponentlərin nisbəti müəyyən edilmişdir. Müxtəlifliqandlı komplekslər zəif turş mühitdə əmələ gəlir (pHopt=3.4–4.8). İşıqudma spektrində maksimum 475–485 nm-də müşahidə olunur. Molyar işıqudma əmsalı e =(2.8–3.0)×104. Alınan nəticələr əsasında müxtəlif polad növlərində volframın təyini üçün fotometrik metodikalar işlənib hazırlanmışdır. Təklif olunan metodikalar nəticələrin yaxşı təkrarlanması (nisbi standart kənaraçıxma 0.06-dan çox deyil) və aşağı təyinetmə həddi ilə xarakterizə olunur