ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Tl9ErTe6–Tl9BiTe6 SİSTEMİ VƏ BƏRK MƏHLULLARIN BƏZİ XASSƏLƏRİ
İ.F.Mehdiyeva, K.N.Babanlı, M.A.Mahmudova, S.Z. İmaməliyeva

 

DTA, RFA və mikrobərkliyin ölçülməsi üsulları ilə Tl–Bi–Er–Te dördlü sistemində Tl9ErTe6–Tl9BiTe6 qatılıq sahəsində faza tarazlıqları öyrənilmişdir. Sistemin faza diaqramı, həmçinin kristal qəfəs parametrlərinin və mikrobərkliyin tərkibdən asılılıq qrafikləri qurulmuşdur. Müəyyən edilmişdur ki, sistemdə Tl5Te3 tipli kristal quruluşa malik olan qeyri-məhdud bərk məhlul sırası (d) əmələ gəlir. Alınmış təcrübi nəticələr termoelektrik və maqnit xassəli materiallar kimi böyük maraq kəsb edən d-fazanın monokristallarının alınması üçün istifadə oluna bilər.

 

Açar sözlər : tallium-erbium telluridləri, tallium-bismut telluridləri faza tarazlıqları, bərk məhlullar, kristal quruluş
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı