ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
As–Te–J ÜÇLÜ SİSTEMİNİN 300 K-DƏ İZOTERMİK KƏSİYİ VƏ ARSEN TELLURYODİDLƏRİNİN TERMODİNAMİK XASSƏLƏRİ
Z.S.Əliyev, İ.R.Əmiraslanov, Z.İ.İsmayılov, K.Z.Mustafayeva, M.B.Babanlı

 

As–Te–J sistemində 300 K-də faza tarazlıqları rentgen faza analizi və e.h.q. metodu ilə tədqiq edilmişdir.  Müəyyən edilmişdir ki, 300 K-də bu sistem 12 üçfazalı və 2 ikifazalı sahədən ibarət olub, As5Te7J, As4Te5J2 və As8Te7J5  üçlü birləşmələrinin əmələ gəlməsini təsdiq edir. RFA nəticələrinə əsasən hər üç birləşmənin kristal qəfəs parametrləri hesablnmışdır. E.h.q. nəticələrinə əsasən ərintilərdə arsenin parsial molyar  və As5Te7J, As4Te5J2, As8Te7J5 üçlü birləşmələrinin standart əmələgəlmə termodinamik funksiyaları  hesablanmışdır.

 

Açar sözlər : arsen telluryodidləri, As–Te–J sistemi, faza tarazlıqları, termodinamik xassələr
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı