ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
LANTANLA MODİFİKASIYA OLUNMUŞ H-ULTRASİL SEOLİT KATALİZATORUNDA ETİLBENZOLUN ETANOLLA ALKİLLƏŞMƏSI
T.O.Qəhrəmanov, S.E.Məmmədov, E.I.Əhmədov

 

Ammonyakın TPD, RFA və BET metodları ilə modifikasiya olunmuş ultrasillərin yüksək kristallaşma dərəcəsinə və xüsusi səthə malik olması müəyyən edilmişdir. Etilbenzolun etılləşmə reaksiyasında lantanla modıfıkasiya olunmuş H-ultrasilin katalitik, turşu və adsorbsion xassələrinə lantanın qatılığının təsiri tədqiq edilmişdir. H-ultrasilin katalitik xassələrinə modifikasiyanın təsiri 300–4000C temperatur intervalında öyrnilmişdir. Bu şəraitdə H-ultrasildə p-dietilbenzola görə selektivlik 42.1–44.4 % təşkil edir. Müəyyən edilmişdir ki, H-ultrasildə lantanın miqdarının artması ilə məsamələrin həcminin kiçilməsi, güclü turşu mərkəzlərinin əhəmiyyətli azalması baş verirməsi nəticədə p-dietilbenzola görə selektivlik artır. Tərkibində lantanın miqdarı 5.0 küt % olan H-ultrasildə p-dietilbenzola görə selektivlik 74.5 % olur.

 

Açar sözlər : H-ultrasil, seolit, modifikasiya, lantan, p-selektivlik, etilləşmə, etilbenzol, etanol
Məqaləyə baxın