ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SEOLİTLƏ DƏSTƏKLƏNMİŞ SIFIR VALENTLİ DƏMİR NANOHİSSƏCİKLƏRİNİN SİNTEZİ VƏ MEMBRAN KOMPONENTİ KİMİ NİTRATIN TƏMİZLƏNMƏSİNDƏ TƏTBİQİ
G.R.Allahverdiyeva, A.M.Məhərrəmov, Ü.Ə.Həsənova

 

Seolitlə dəstəklənmiş sıfır valentli dəmir nanohissəciklərinin (Se-SVD NH) sintezi və xarakterizə olunması təqdim edilir. Seolitlə dəstəklənmiş sıfır valentli dəmir nanohissəciklərinin ölçüsü, tərkibi və morfologiyası Skanedici Elektron Mikroskopu (SEM), Atom Qüvvət Mikroskopu (AQM), Enerji Dispersləşdirici Spekstroskopi (EDS) ilə xarakterizə edilmişdir. Sintez edilmiş nanoquruluşlar nitratın reduksiyaedici agenti kimi istifadə edilmişdir. Nitratın təmizlənmə ef­fektivliyi seolitlə dəstəklənmiş sıfır valentli dəmir nanohissəcikləri üçün 60–240 dəq vaxt intervalında 34% dən 90%-ə qalxmışdır. Həmçinin hazırlanmış seolit sıfır valentli dəmir nanohissəciklərinin nitratın təmizlənməsində membran kimi effektivliyi öyrənilmişdir. Nəticələr göstərdi ki, seolitlə dəstəklənmiş sıfır valentli dəmir nanohissəciklərinin membran komponenti kimi istifadəsi üstünlüyə malikdir, cünki o təmizlənən məhlulun əlavə reaskiyaya daxil olmamış sıfır valentli dəmir nanohissəcikləri ilə çirklənməsinin qarşısını alır

Açar sözlər : sıfır valentli dəmir nanohissəcikləro, seolit-sıfır valentli dəmir nanohissəcikləri, adsrobsiya, reduksiya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı