ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
TSİKLOPENTANIN 1,3-TSİKLOPENTADİENƏ SELEKTİV OKSİDLƏŞDİRİCİ DEHİDROGENLƏŞMƏSİ REAKSİYASININ MEXANİZM VƏ KİNETİKASININ MODİFİKASİYA OLUNMUŞ SEOLİT KATALİZATORU ÜZƏRİNDƏ ÖYRƏNİLMƏSİ
А.M.Əliyev, M.Y.Abbasov, Z.A.Şabanova, G.Ə.Əlizadə, M.F.Bəhmənov, U.M.Nəcəf-Quliyev, T.İ.Hüseynova

 

Tsiklopentanın 3800C-də HY seolitlər üzərində reaksiyası öyrənilmişdir. Əsas xammalın dehidrogenləşməsinin ilkin mərhələsində davamlı tsiklopenten və tsiklopentadien molekulu  əmələ gəlmişdir,  lakin əsas məhsul kimi molekulyar hidrogenə rast gəlinməmişdir. Klinoptilolitin katalitik aktivliyi tsiklopentandan tsikllopentadienin alınması istiqamətində təcrübi olaraq öyrənilmiş və bir neçə temperaturda nəzəri olaraq modelləşdirilmişdir. Müəyyən olunmuşdur ki, klinoptilolt bu kationlarla {Cu2+ (0.5 küt.%), Zn2+ (0.2 küt.%), Co 2+ (0.1 küt.%), Cr 3+(0.1 küt.%) və CL{Co2+ (0.5 küt.%)} daha çox katalitik aktivlik göstərir və bu katalizatorlar ion-mübadiləsi üsulu ilə hazırlanmışdır. Nəzəri hesablamalar həmçinin sübut etdi ki, bu reaksiyalar qeyri-sinxron, yəni ardıcıl olamayan şəkildə gedir. Təcrübi məlumatlarda katalizatorun tərkib hissələrini əhatə edən aktiv mərkəzlərin qruplaşdırıldığı və kationlərin dissosiativ adsorbsiyalı oksigen ilə birləşməsini təmin edən rabitə enerjiləri nəzərə alınmaqla reaksiya yollarının təsvir olunduğu bildirilir. Enerji baryerləri və katalizə olunan sistemlərin elektron quruluşla əlaqəli sürət sabitləri və ikili səviyyəli varyasyon keçid nəzəriyyəsi hesablamanın köməyi ilə dəqiqliklə modelləşdirilmişdir

 

Açar sözlər : klinoptilolit, tsiklopentan, katalitik dehidrogenləşmə, tsiklopenten, tsiklopentadien-1,3
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı