ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ELEKTROKİMYƏVİ ÜSULLA ÇÖKDÜRÜLMÜŞ Mo–S NAZİK TƏBƏQƏLƏRİNİN TƏRKİBİNƏ MÜXTƏLİF AMİLLƏRİN TƏSİRİ
V.A.Məcidzadə, S.F.Cəfərova, A.Ş.Əliyev, D.B.Tağıyev

 

Təqdim olunan iş elektrokimyəvi üsulla çökdürülmüş Mo–S yarımkeçirici nazik təbəqələrinin tərkibinə müxtəlif amillərin – temperaturun, elektrolitdə komponentlərin qatılığının, cərəyan sıxlığının təsirinin öyrənilməsinə həsr edil­mişdir. Nəticələr göstərir ki, Na2МоO4-ün qatılığının, temperaturun və cərəyan sıxlığının artması ilə katod çö­kün­tü­lərində molibdenin miqdarı artır. Na2SO3-ün qatılığının artması ilə isə alınan təbəqələrdə molibdenin miqdarı uyğun olaraq azalır. Müəyyən edilmişdir ki, qara, səth üzərində bərabər paylanmış, kristallik, parıltılı МоS2 kimyəvi bir­ləş­məsinin örtükləri 333–338 К temperatur intervalında, 7 mА/sm2 cərəyan sıxlığında, 1.0 М Na2МоO4·2H2O və 0.1 М Na2SO3 tərkibli elektrolitdən alınır

 

Açar sözlər : Mo–S nazik təbəqələri, elektroçökdürülmə, yarımkeçirici, su elektroliti
Məqaləyə baxın