ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BƏZİ BENZİLİDENMALONONİTRİLLƏRİN ASETOASETANİLİD İLƏ ÇEVRİLMƏSİNİN TƏDQİQİ
A.M.Məhərrəmov, F.N.Nağıyev, A.R.Əsgərova, E.Z.Hüseynov, İ.Q.Məmmədov

 

p-Metil-, p-nitroəvəzli benzilidenmalononitrillərin və tio­fe­­nilidenmalononitrilin asetoasetanilidlə Mixael bir­ləş­mə reak­si­ya­sın­dan uyğun əvəzlənmiş piridin törəmələri sintez edilmişdir. 2,6-Di­xlor­benzili­den­ma­lo­no­nit­ri­lin aseto­ase­ta­ni­lidlə Mixael birləşmə reak­si­yası aparılmış və uyğun əv­əz­­lənmiş piridin törəməsi olan (E)-2-amin-4-(2,6-di­xlo­rfenyl)-5-(1-hidroksiethiliden)-6-okso-1-fenil-1,4,5,6-tetrahidropiridin-3-kar­bo­­nitril bir­ləşməsi alın­mış­dır. V, VI və VII  birləş­mə­­lərindən fərqli olaraq bu reaksiyada enol formasında olan re­ak­si­ya məhsulunun üstünlük təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin p-triflüor­ben­zili­den­ma­lono­nitril və 2-xlor-5-nitrobenzili­den­ma­lo­no­nitrilin asetoasetanilidlə Mixael birləşmə re­­­aksiyası tədqiq edilmişdir.

 

Açar sözlər : p-triflüor­ben­zili­den­ma­lono­nitril, 2-xlor-5-nitrobenzili­den­ma­lo­no­nitril, asetoasetanilid, NMR
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı