İZOPRORİLBENZOLUN OKSİDLƏŞMƏ PROSESİNDƏ NANO-TİTAN DİOKSİD HİSSƏCİKLƏRİNİN KATALİTİK TƏSİRİNİN TƏDQİQİ
İzopropilbenzolun (kumolun) oksidləşmə prosesində 5–10 nm orta ölçülü nano-titan dioksidin (nano-TiO2) katalitik təsiri tədqiq edilmişdir. Alınan kinetik məlumatlara əsasən müəyyən olunmuşdur ki, nano-TiO2 müxtəlif qatılıqlarda aktiv katalitik təsirə malikdir. Oksidləşmə prosesi 1000C temperaturda 6 saat müddətində aparılmış və əsas məhsulun kumolhidroperoksid olması aşkar edilmişdir. Alınmış nəticələr aromatik karbohidrogenlərin oksidləşmə prosesi üçün effektiv katalitik sistemlərin hazırlanmasında istifadə edilə bilər
Açar sözlər : hava oksigeni ilə oksidləşmə, izopropilbenzol, nano ölçülü titandioksid, Co naftenat, Mn naftenat, kumolhidroperoksid
Məqaləyə baxın