ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Cu–Pb–Te SİSTEMİNDƏ LİKVİDUS VƏ MAYE FAZADA TƏBƏQƏLƏŞMƏ SƏTHLƏRİNİN MULTİ 3D MODELLƏŞDİRİLMƏSİ
N.Y.Əhmədova, N.B.Babanlı, A.N.Məmmədov, Y.Ə.Yusibov

 Termodinamiki hesablamalarla və təcrübi ədəbiyyat materialının analizi ilə Cu–Pb–Te sistemində fazaların ilkin kristallaşma səthləri, non- və monovariant tarazlıqların tipləri və koordinatları təyin edilmiş, sistemin trianqulyasiyası və likvidus səthinin proyeksiyası qurulmuşdur. Müəyyən edilmişdir ki, Cu–Pb–Te sistemində üçlü birləşmə əmələ gəlmir, bərk halda aşağıdakı alt sistemlərə bölünür: Cu–PbTe–Pb, Cu–Cu2-xTe–PbTe, Cu2-xTe–Cu5Te3–PbTe, Cu5Te3–Cu3-хTe2–PbTe, Cu3-хTe2–CuTe–PbTe, CuTe–Te–PbTe. Üçlü sistemin binar sərhəd sistemlərinin faza diaqramları və az sayda DTA ölçmələrindən istifadə etməklə OriginLab kompüter proqramı vasitəsi ilə PbTe, СuTe, Cu2-xTe, Cu3-хTe2, Cu5Te3 birləşmələrinin kristallaşma səthi və maye fazada təbəqələşmə hüdudları 3D modelləşdirilmişdir. Üçüncü komponentin miqdarının artması ilə təbəqələşmənin böhran temperaturu azalır. Cu–Pb–Te sistem üçün müəyyən olunmuş 3D model müvafiq analitik funksiyaları və cədvəl dəlillərini matrisa şəklində saxlayır

https://doi.org/10.32737/0005-2531-2019-1-59-64 

Açar sözlər : Cu–Pb–Te sistemi, faza diaqramı, likvidus və təbəqələşmə sərhədləri, 3D modelləşmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2019
MÜNDƏRİCAT
- ETİLENİN TOLUOLLA ARİLLƏŞDİRMƏ REAKSİYASININ ÖYRƏNİLMƏSİA.M.Əliyev, G.Ə.Əli-zadə, M.Q.Əliyeva, S.R.Məmmədova, R.Y.Ağayeva
- TORPAQDA ÜZVİ MADDƏNİN ALTI VALENTLİ XROMUN DƏMİR Fe0 NANOHİSSƏCİKLƏRİ İLƏ REDUKSİYASINA TƏSİRİG.R.AllahverdiyevaDavamı