YENİ DİHİDROPİRİDİN TÖRƏMƏSİ MƏHLULLARININ 2D DOSY NMR METODU İLƏ TƏDQİQİ
Tiofenilidenmalononitril, malononitril və (S)-(–)-1-feniletilaminin çoxkomponentli kondensləşmə reaksiyasından yeni heterotsiklik dihidropiriridin törəməsi sintez olunmuşdur. Yeni dihidropiriridin törəməsinin DMSO-d6 məhlulları β-tsiklodekstrin iştirakında diffusiya spectroskopiyasının köməyilə tədqiq edilmişdir. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, su molekulu nümunə və β-tsiklodekstrin molekulları arasında kombinə olunmuş hidrogen rabitəsi əmələ gətirir. Eləcə də dihidropiridin törəməsinin hidrodinamik radiusu hesablanmışdır
Açar sözlər : dihidropiridin, tsiklodekstrin, hidrodinamik radius, DOSY NMR
Məqaləyə baxın