ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
RABEH-EAST-2 NEFTININ VAKUUM DISTILLATININ FRAKSİYALARININ HIDROTƏMIZLƏNMƏSININ KATALITIK KREKINQ PROSESLƏRINDƏ TƏDQIQI
T.M.Abul-Futuh, E.Ə.Hüseynova, N.N.Bağırova, A.C.Hüseynova, F.F.Məmmədov

 

Məqalədə Rabeh-East-2 (Misir) neftinin vakuum distillatının katalitik krekinqinin benzin və dizel fraksiyasının hid­ro­təmizlənməsi prosesinin tədqiqat nəticələri göştərilmişdir. Seçilmiş texnologiya oktan ədədini azaltmaqla kükür­dün miqdarını 0.04%-ə qədər azaltmağa, həmçinin qış dizel yanacağının (donma temperaturu mənfi 400C) alın­ma­sı­na imkan verir. Prosesin optimal rejimi, maddi balansı və məhsulların əsas keyfiyyət göstəriciləri veril­miş­dir. Gös­tə­rilmişdir ki, xam məmulat fraksiyanın ilkin hidrotəmizlənməsi onun tərkibindən kükürd qarışığının çıxa­rıl­masını tə­min edir və katalitik krekinq prosesində yüksək keyfiyyətli məhsulun alınması onun sonrakı emalını yün­gülləşdirir

Açar sözlər : Rabeh-East-2, benzin və dizel fraksiyasının hid­ro­təmizlənmə prosesi, katalitik krekinq
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı