1-ETILTIOHEKSANIN AMIN TÖRƏMƏLƏRININ SINTEZI VƏ XASSƏLƏRI
1-Etiltioheksan-2-ol, ikili aminlər və formaldehid əsasında aparılan Mannix reaksiyası ilə 1-etiltioheksanın aminometoksi törəmələrinin yeni numayəndələri sintez edilmiş və xassələri öyrənilmişdir. Sintez edilmiş birləşmələrin quruluşları element analizi, İQ, NMR 1H və kütlə-spektroskopiya üsulları ilə təsdiq edilmişdir. Göstərilən birləşmələr sürtkü yağlarına antimikrob aşqarlar, həmçinin bakteriyalar və göbələklər əleyhinə antiseptik maddə kimi sınaqdan keçirilmişdir
Açar sözlər : etiltioheksan, Mannix reaksiyası, antimikrob aşqarlar, 1-etiltioheksan-2-ol, ikili aminlər, bioloji aktiv birləşmələr, NMR 1H spektrlər
Məqaləyə baxın