Dəmirin(III) 1-fenil-2,3-dimetilpirozolon-5-azopiroqallolla kompleks əmələ gətirməsi spektrofotometrik metodla tədqiq edilmiş və kompleks əmələ gəlməyə 8-oksixinolinin təsiri öyrənilmişdir. 8-oksixinolin iştirakında komponentlər nisbəti 1:1:1 olan Fe(III)–R–Ox müxtəlifliqandlı kompleksinin əmələ gəlməsi hesabında udma spektrində batoxrom sürüşmə hiperxrom effekt və maksimum çıxımın daha turş mühitə doğru sürüşməsi müəyyən edilmişdir. Dəmirin(III) binar və müxtəlifliqandlı komplekslərinin optimal əmələgəlmə şəraiti müəyyən edilmiş, tərkibi və davamlılıq sabitləri təyin edilmiş və əsas spektrofotometrik xarakteristikaları hesablanmışdır. Dəmirin(III) Fe–R–Ox müxtəlifliqandlı kompleksi şəklində təyin üçün yeni fotometrik metodika təklif edilmiş və bu metodika A386-1 markalı alüminium əsaslı ərintidə onun təyini üçün tətbiq edilmişdir