ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
DƏMİRİN(III) 1-FENİL-2,3-DİMETİLPİRAZOLON-5-AZOPİROQALLOL VƏ 8-OKSİXİNOLİNLƏ SPEKTROFOTOMETRİK TƏYİNİ
R.Ə.Əliyeva, E.O.Aslanov, X.C.Nağıyev, F.E*.Espandi, F.M.Çıraqov

 

Dəmirin(III) 1-fenil-2,3-dimetilpirozolon-5-azopiroqallolla kompleks əmələ gətirməsi spektrofoto­metrik metodla tədqiq edilmiş və kompleks əmələ gəlməyə 8-oksixinolinin təsiri öyrənilmişdir. 8-oksixinolin iştirakında komponentlər nisbəti 1:1:1 olan Fe(III)–R–Ox müxtəlifliqandlı kompleksinin əmələ gəlməsi hesabında udma spektrində batoxrom sürüşmə hiperxrom effekt və maksimum çıxı­mın daha turş mühitə doğru sürüşməsi müəyyən edilmişdir. Dəmirin(III) binar və müxtəlif­liqandlı komplekslərinin optimal əmələgəlmə şəraiti müəyyən edilmiş, tərkibi və davamlılıq sabitləri təyin edilmiş və əsas spektrofotometrik xarakteristikaları hesablanmışdır. Dəmirin(III) Fe–R–Ox müx­tə­lifliqandlı kompleksi şəklində təyin üçün yeni fotometrik metodika təklif edilmiş və bu metodika A386-1 markalı alüminium əsaslı ərintidə onun təyini üçün tətbiq edilmişdir

Açar sözlər : azobirləşmə, dəmir, spektrofotometrik analiz, müxtəlifliqandlı kompleks, 8-oksixinolin
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı