ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
İSTİSMARDA OLMUŞ AŞAĞI SIXLIQLI POLİETİLENİN MODİFİKASİYASI
Ü.M.Əhmədova

 

6 ay müddətində Abşeronda istismarda olmuş ASPE-nin modifikasiyası üçün balıqqulağı və təbaşirşəkilli əhənglərdən istifadə edilmişdir. Xırdalanmış, ələnmiş əhənglər 1100C-də 14 saat müd­dətində qurudulmuşdur. Əhənglərin kimyəvi tərkibi və əsas fiziki-kimyəvi göstəriciləri müəyyən edilmişdir. İstismarda olmuş ASPE-nin doldurucularla kompozisiyaları alınmışdır. 100 kütlə hissəsinə görə 10-dan 30 k.h. qədər, 2 k.h. dis­pers­ləyici – stearin turşusu ilə birlikdə balıqqulağı əhəngi ilə doldurulmuş kompozisiyaların bunlardan ən yaxşısı olduğu müəyyən olunmuşdur. Alınmış kompozisiyaların fiziki-mexaniki xassələrinin yaxşılaşdığı – kövrəklik azalmış, mexaniki və istiliyə davamlılıq, elastiklik modulu göstəriciləri artmış – aşkar edilmişdir. Xassələrin yaxşılaşması istismarda olmuş ASPE-nin –OH, –COOH və s. funksional qruplarının doldurucunun metal oksid komponentləri ilə qarşılıqlı əlaqələnməsi və təkrar polietilenin həll olmayan fazasının zəif torvari quruluşunun doldurma prosesində dağılması ilə izah edilir

Açar sözlər : aşağı sıxlıqlı polietilen, doldurucu, balıqqulağı və təbaşirşəkilli əhənglər, modifikasiya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı