ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Zr/Al, Fe–Zr/Al OKSİD TƏRKİBLİ KATALİZATORLARDA ELEKTRON-AKSEPTOR MƏRKƏZLƏRİ VƏ ETANOLUN KARBOHİDROGENLƏRƏ ÇEVRİLMƏSİ REAKSİYASINDA ONLARIN ROLU
N.M.Əliyeva, E.E.Məmmədov, F.İ.Hüseynova, L.X.Qasımova, E.H.İsmayılov, Ş.F.Tağıyeva

Zr/Al, Fe–Zr/Al oksid katalizatorların elektron-akseptor (EA), elektron-donor (ED) mərkəzləri, etanolun  karbohidrogenlərə konversiyası reaksiyasında bu mərkəzlərin katalitik aktiv mərkəz kimi rolu tədqiq olunmuşdur. Katalizatorların faza tərkibi rentgen difraksiyası, səthdə aktiv elementlərin paylanma mənzərəsi rentgenofluoressent mikroskopiyası, maqnit xassələri electron maqnit rezonansı spektroskopiyası və reaksiyanın qaz fazasının tərkibi qaz xromatoqrafiyası metodları ilə öyrənilmişdir. Olefinlərin alınma sürətinin elektron-akseptor (EA) mərkəzlərinin sayından asılılığı dinamikası tədqiq edilmiş və elektron-akseptor təbiətli mərkəzlərin etanolun karbohidrogenlərə konversiyası reaksiyasının aktiv mərkəzləri olduğu müəyyən edilmişdir

Açar sözlər : etanol, karbohidrogenlər, alüminium oksid əsaslı katalizatirlar, elektron-akseptor mərkəzlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı