ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
DƏMİRİN(III) 3-((2-HİDROKSİFENİL)DİAZENİL)PENTADİON-2,4 VƏ DİANTİPİRİLMETANLA SPEKTROFOTOMETRİK TƏYİNİ
A.Y.Abiyeva, F.V.Quliyeva, X.C.Nağıyev, Ə.Q.Babayev, F.M.Çıraqov

 Diantipirilmetan iştirakında dəmirin(III) 3-((2-hidroksifenil)diazenil)pentadion-2,4-lə kompleks əmələ gətirməsi spektrofotometrik metodla tədqiq edimiş və təbii obyektlərdə onun mikromiqdarının təyini üçün yüksək seciliyə malik metodika işlənib hazırlanmışdır. Müəyyən edilmişdir ki, diantipirilmetan iştirakında dəmir(III) reaktivlə pH 2.0–2.5 turşuluqlu mühitdə Fe(III):R:DAM komponentləri nisbəti 1:2:1 olan intensiv rəngli qarışıqliqandlı kompleks əmələ gətirir. Qarışıqliqandlı kompleksin əmələ gəlməsi udma spektrində eynilandlı kompleksin udma spektri ilə müqayisədə batoxrom sürüşmə və hiperxrom effektlə müşayiət olunur. Eyni- və qarışıqliqandlı komplekslərin optimal əmələ gəlmə şəraiti müəyyən edilmiş və əsas spektrofotometrik xarakteristikaları hesablanmışdır.  Spektrofotometrik metodla komplekslərinin davamlılıq sabitləri təyin edilmiş və Fe(III)–R–DAM qarışıqliqandlı kompleksinin daha yüksək davamlılığa malik olduğu müəyyən edilmişdir: lgβ(Fe–R)=5.76±0.10; lgβ(Fe–R–DAM)=14.65±0.26. Dəmirin(III) təyinin üçün yüksək seçiciliyə malik yeni spektrofotometrik metodika işlənib hazırlanmış və işlənmiş metodika vulkanik dağ suxurlarında onun mikromiqdarının təyini üçün tətbiq edilmişdir

https://doi.org/10.32737/0005-2531-2019-2-40-43 

Açar sözlər : dəmir(III), 3-((2-hidroksifenil)diazenil)pentadion-2,4, diantipirilmetan, vulkanik dağ suxuru
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2019
MÜNDƏRİCAT
- ETİLENİN TOLUOLLA ARİLLƏŞDİRMƏ REAKSİYASININ ÖYRƏNİLMƏSİA.M.Əliyev, G.Ə.Əli-zadə, M.Q.Əliyeva, S.R.Məmmədova, R.Y.Ağayeva
- TORPAQDA ÜZVİ MADDƏNİN ALTI VALENTLİ XROMUN DƏMİR Fe0 NANOHİSSƏCİKLƏRİ İLƏ REDUKSİYASINA TƏSİRİG.R.AllahverdiyevaDavamı