ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
PERSPEKTİV AVTOMOBİL BENZİNLƏRİ
T.M.Abul-Futux, A.J.Hüseynova, K.Y.Əсəmov, L.M.Mirzəyeva

 

Oksigen tərkibli əlavələrin (biratomlu spirtlərin və efirlərin) avtomobil benzinlərinin istismar xassələrinə (bulanma temperaturuna və oktan ədədinə) təsiri  öyrənilib.İlkin emal və riforminq benzinləri və kiçik molekul kütləli spirt və efirlərin əsasında benzin-spirt kompozisiyaları sintez olunub və onların faza stabilliyi öyrənilib. Müəyyən edilib ki, benzin-spirt qarışığının davamlılığı benzinlərin kimyəvi tərkibindən asılıdır və etanolda daha yaxşı həllolma qabiliyyətinə riforminq benzininin əsasını təşkil edən nisbətən polyar aromatik karbohidrogenlər malikdir. Davamlı benzin-spirt qarışıqlarını alınması üçün SAM kimi 1–3.5% miqdarda neonol  AF–9–6 istifadə olunub və tərkibində 10%-dən çox olmayaraq etanol olan benzinlərin bulanma temperaturuna onun təsiri öyrənilib, bu zaman qarışığın bulanma temperaturu–320J-yə qədər aşağı düşür.İzopropanol və katalitik krekinq prosesinin butan-butilen fraksiyası əsasında alınmış efirlərin əmtəə benzinlərinin oktan xassələrinə təsiri öyrənilib və müəyyən edilib ki, 10% efir tərkibli əlavədən ilkin emal benzininə əlavə olunduqda oktan ədədi 10–15 ədəd artır.Müəyyən edilib ki, verilən oksigen tərkibli əlavələrin (spirt və efirlərin) istifadəsi benzinlərin oktan ədədini artırmağa və tullantı qazlarının emissiyasının azalması, həmçinin benzolun miqdarını aşağı salınması hesabına  onların ekoloci xassələrini yaxşılaşdırmağa imkan verir.

Açar sözlər :
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı