Təqdim olunan işdə etanolun sink-kalsium oksid katalizatoru üzərində asetona çevrilməsinin mexanizmi tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki, etanolun çevrilmə məhsulları aseton, asetaldehid, karbon 4-oksid və müxtəlif karbohidrogenlərdir. Asetonun alınma yollarını müəyyən etmək üçün etanolun sirkə turşusu ilə, asetaldehidin etilen ilə və etilasetatın sirkə turşusu ilə birgə çevrilməsi istiqamətində bir sıra tədqiqatlar aparılmışdır. Göstərilmişdir ki, etanolun sirkə turşusu ilə və asetaldehidin sirkə turşusulu ilə birgə çevrilməsi reaksiyalarında aseton az miqdarda əmələ gəlir. Asetonun ən çox miqdarı asetaldehidin etilenlə qarşılıqlı təsiri zamanı alınar. Belə nəticə çıxarılmışdır ki, etanolun asetona çevrilməsi asetaldehidetilen səth kompleksinin əmələ gəlməsi mərhələsindən keçməklə baş verir. Alınan dəlillər əsasında etanolun asetona çevrilməsinin mərhələli sxemi təklif olunmuşdur