Tl‒Te‒I SİSTEMİNİN TlI‒Tl2TeI6‒Te TƏRKİB İNTERVALINDA FAZA DİAQRAMI
Differensial termiki analiz və rentgenfaza analizi üsulları ilə Tl‒Te‒I sisteminin TlI‒Tl2TeI6‒Te qatılıq intervalında faza tarazlıqları tədqiq edilmişdir. Faza diaqramının likvidus səthinin proyeksiyası və bəzi politermik kəsikləri qurulmuşdur. Fazaların ilkin kristallaşma sahələri, həmçinin non- və monovariant tarazlıqların tip və koordinatları təyin edilmişdir. Müəyyən olunmuşdur ki, TlI‒Tl2TeI6‒Te alt sistemi tabeli üçbucaq olub bir sıra evtektik və monotektik tarazlıqlarla xarakterizə olunur
Açar sözlər : Tl‒Te‒I, sistemi, tallium telluridləri, faza diaqramı, likvidus səthi, politermik kəsik
Məqaləyə baxın