ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MODİFİKASİYA OLUNMUŞ BENTONİTDƏ Co2+ VƏ Cd2+ İONLARININ MODEL MƏHLULLARDAN SORBSİYASI VƏ KOLLOİDAL XARAKTERİSTİKASI
X.N.İlyasova, Ə.İ.Yaqubov, N.M.Muradova, T.Ə.Səlimova, N.Ə.İmanova, Ə.N.Nuriyev

 

Təbii və Na-formalı termiki işlənmiş bentonitdə Co2+ və Cd2+ ionlarının model məhlullardan 20–650C temperatur intervalında sorbsiyası tədqiq olunmuşdur. Müxtəlif temperaturlarda həm təbii, həm də Na-forma  bentonit nümunələrində Co2+ və Cd2+  ionlarının sorbsiya miqdarının tarazılıq sabitləri hesablanmışdır. Müəyyənləşdirilmişdir ki, temperaturun artması ilə sorbentlərin tədqiq olunan ionlara qarşı sorbsiya effektivliyi artır. Bütün hallarda qatılıq və temperaturun artması  ilə Cd2+ ionlarının sorbsiya effektivliyi Co2+ ionundan yüksək olmuşdur. Kation mübadilə üsulu ilə  bentonitin modifikasiya olunmuş formasının daha yüksək sorbsiya tutumuna, paylanmanın tarazılıq əmsalı və metal kationlarının sorbsiya seçiciliyinə malik olması müəyyən olunmuşdur. Aydınlaşdırılmışdır ki, ion dəyişmə zamanı bentonit nümunələrinin şişmə qabiliyyəti və mübadilə tutumu nəzərə çarpacaq dərəcədə dəyişmiş olur.

Açar sözlər : bentonit, kobalt(II), kadmium, sorbsiya, ion dəyişmə, sedimentasiya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı