ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
NAFTEN NEFTLƏRİ VƏ ONLARIN MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ HAQQINDA
D.A.Hüseynov, Q.S.Martınova, S.Q.Zeynalov

 

 

İcmalda bu tip neftlərin zəngin ehtiyatlarına görə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən naften neftləri haqqında məlumatlar təqdim olunur. Fenomenal Naftalan neftinin müalicəvi xüsusiyyətlərinin “xronikası”, həmçinin Naftalan yatağının geologiyası və genezisi verilmişdir. Alimlərin Naftalan neftinin on milyonlarla il ərzində Maykop lay dəstəsinin yuxarı neft-qaz doyumlu laylarına xarici qüvvələrin təsiri ilə əlaqədar olan qeyri-adi tərkibi haqqında fikirləri verilmişdir və bu qüvvələrin təsiri altında layların tərkibində olan neft dəyişikliklər və metamorfizmə uğramışdır. Səth suları ilə eyni vaxtda müxtəlif fizioloji bakteriyaların da lay daxil olması ehtimalı var. Naften neftlərinin əsas fiziki-kimyəvi xüsusiyyətləri və Naftalanın unikal balneoloji xassələri təqdim olunur. İcmalda dünyanın müalicəvi neftləri haqqında məlumatlar verilmişdir: Moslavitsa (Xorvatiya), Van-Eqanskoye və Russkoye Qərbi Sibir, Uzon Kamçatka (Boqaçevskoe), Krım Çonqelekskoe və digər neftlər qeyd olunur. Çox yüksək müalicəvi xassələrə malik olan Naftalan yatağının nefti Qərbi Sibirin naften neftləri adamantanların paylanmasına görə eyni xüsusiyyətə malikdirlər. Təkcə balneoloji xassələri ilə deyil, həm də nadir metalların ayrılması ilə bağlı olan naften neftlərinin kompleks istifadəsi perspektivləri nəzərdən keçirilir. Azərbaycanın neft mədənlərində nadir elementlərin olması barədə məlumatlar verilir.

doi.org/10.32737/0005-2531-2024-114-126

Açar sözlər : naften neftləri, Naftalan nefti, müalicəvi xüsusiyyətləri
Məqaləyə baxın